Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməkdaşlıq müqaviləsi imzalanmışdır

Əməkdaşlıq müqaviləsi imzalanmışdır

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi və “İnteqro-Tetis” Beynəlxalq Elmi-Texniki Kompleksi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.İnstitutun direktoru Elmar Allahverdiyev tədbiri giriş sözü ilə açaraq ”Müxtəlif mənşəli bitkilərin məhsulunun keyfiyyət və kəmiyyət göstəricilərinə suvarma sularının maqnit emalının təsirinin eksperimental tədqiqatı” mövzusu barədə məlumat vermişdir.
      Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti, geologiya-minerologiya elmləri doktoru, professor Elçin Xəlilov əvvəlcə iştirakçılara Akademiyanın tarixi və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, Akademiyanın Azərbaycan Bölməsi 2001-ci ildə Ülu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır.
Sonra isə Elçin Xəlilov bağlanacaq müqavilənin məzmunu və əhəmiyyəti barədə danışaraq qeyd etmişdir ki, son onilliklərdə dünyanın inkişaf etmiş bir çox ölkələrində kənd təsərrüfatında suvarma sularının maqnit emalının tətbiq edilməsinin yüksək nəticələri alınmışdır.
      Beynəlxalq təcrübə göstərir ki, maqnitlənmiş suvarma sularının tətbiqi nəticəsində bitkilərin növündən və istifadə olunan aparatlardan asılı olaraq, müxtəlif növ bitkilərin məhsuldarlığı 50 faizdən 200 faizə qədər artır.
“İNTERGEO-TETİS” Beynəlxalq Elmi-Texniki Kompleksi isə “MAGMATRİX” aparatlarını işləyib hazırlamışdır ki, bu aparatlar suyun maqnit emalı sahəsində  özəllikləri ilə digər istehsalçılardan fərqlənir.
      Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi ilə birgə 6 ay müddətində aparılmış MAGMATRİX aparatının sınaqları statistik dəqiq nəticələrin alınmasına imkan vermişdir.

Afət  Sadıqoğlu,

“Xalq qəzeti

 

 

 

 

19 2019 15:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin