Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuxda 20 yanvar faciəsi anıldı…

 Samuxda 20 yanvar faciəsi anıldı…

Samux rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə   toplantı olmuşdur. YAP Samux Rayon təşkilatının akt zalında keçirilən tədbir Qanlı yanvar faciəsindən bəhs edən filmin nümayişi ilə başlanmış və daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.    

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək demişdir ki, bu qanlı hadisəyə ilk siyasi –hüquqi qiymət verən Ulu öndər Heydər Əliyev olmuşdur. Bu günü heç kim unuda bilməz. 20 yanvar qəhrəmanlıq və mübarizlik, azadlıq günü kimi yaddaşlarımıza çöküb.

YAP Samux Rayon təşkilatının təlimatçısı Emil Şəmmədov, şəhər 3 saylı tam orta məktəbin müəllimi Gülarə Cabbarova və İnstitut qəsəbə tam orta məktəbin müəllimi Züleyxa Namazova da çıxış edərək xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə haqqında gələcək nəsillərə daim məlumat verilməsinin vacibliyini vurğuladılar.

 

Hamlet QASIMOV,
"
Xalq qəzeti"nin bölgə müxbiri

19 2019 13:46 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin