Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahir Hacıyev: "bu qanlı qəhrəmanlıq səhifəsini unutsaq, tariximizi, ləyaqətimizi unudarıq..."

Mahir Hacıyev:

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda keçirilən anım tədbiri 20 yanvar şəhidlərinin, eləcə də Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin  xatirəsinin bir dəqiqəlik sükutla qeyd edilməsi ilə başladı.

İnstitutun direktoru, fəlsəfə doktoru, dosent   Mahir  Hacıyev 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışdı, 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğuladı. Mahir  Hacıyev istirakçıları tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini unutmamağa çağırdı və dedi ki,unutsaq, tariximizi, ləyaqətimizi unutmuş olarıq.

Çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarı öz ölkəsinin, xalqının azadlığını uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığı şərəfli bir gündür.     

Qeyd olundu ki,böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir və 20 yanvarı qan yaddaşında əbədi yaşadacaqdır.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

19 2019 13:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin