Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə komitəsinin sədri Qənirə Paşayevanın fikirlərini dəstəkləyib

Səhiyyə komitəsinin sədri Qənirə Paşayevanın fikirlərini dəstəkləyib

Qənirə Paşayeva Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Səhiyyə komitəsinin ilk iclasında  autizmli xəstələrin problemlərini  qaldırıb və bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün xüsusi proqramlara ehtiyac olduğunu deyib: "Son illər autizm sindromlu xəstələrin sayı ildən-ilə artır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür."

Deputat qeyd edib ki, valideynlər tərəfindən, demək olar ki, hər gün ona və digər deputatlara bununla bağlı çoxsaylı müraciətlər daxil olur: “Bu, çox ciddi məsələdir. Valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Autizm sindromundan əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir.  Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı Səhiyyə komitəsində ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var.”

O antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunub. Antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunması təklifi ilə çıxış edib və bu məsələnin təcili şəkildə öz həllini tapmasının vacib səbəblərini vurğulayıb. Dünyanın bütün  inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunduğunu deyən Q. Paşayeva antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsinin törətdiyi dəhşətli fəsadlar və onların ölkəmizdə getdikcə daha da artmasını xüsusi vurğulayıb. Əhalinin bu məsələ ilə bağlı geniş marifləndirilməsinə böyük ehtiyac olduğunu bildirən deputat əhaliyə və apteklərə çağırış edib: “Aptekə gedib, “görəsən tez sağalmaq üçün nə daha təsirli hansı dərmanı alsam yaxşı olar”-- deyəndə, böyük həvəslə antibiotik məsləhət görən aptek əməkdaşları da az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə sonralar həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Amma təəssüf ki, fəsadları aradan qaldırmaq sonra çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satılması qadağan edilməlidir və mən xahiş edirəm ki, Səhiyyə komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca mətbuat və media ilə əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla bilikdə işləri daha da artırmalıyıq ".

Q.Paşayeva hepatit C ilə bağlı fikirlərini bildirib: “Hepatit C virusu ilə xəstələnən insanların sayının artması bizi ciddi narahat etməlidir. Hepatit C ağır xəstəliklərin əsasını qoyur və müalicəsi çox çətin və bahalıdır. Bu virusa yoluxan insanların bir çoxunun xəstəliklə mübarizə istiqamətində müalicə alma imkanları çox məhduddur”. O, “Hepatit C-yə qarşı mübarizədə bu xəstəliyə yoluxan insanların müalicəsinə dövlət dəstəyi qədər də, əhali arasında güclü maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsinə ehtiyac var,”-deyə  bildirib.  "Bu tədbirlər bu virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacib məsələlərdən biridir. Bir sözlə, hepatit C və onun artması bizi ciddi narahat etməli və bu istiqamətdə addımlarımızı daha da sürətləndirməliyik".

 Q.Paşayeva bütün dünyada olduğu kimi ölkəmizdə də vərəmli xəstələrin sayının artdığını söyləyib və buna qarşı güclü mübarizə aparılması istiqamətində Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin aparılmasının öz müsbət töhfəsini verə biləcəyini deyib. Q.Paşayevanın təkliflərini komitə sədri, akademik Əhliman Əmiraslanov da dəstəkləyib və bildirib ki, komitə olaraq qaldırılan məsələləri diqqətdə saxlayacağıq.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 

 

19 2019 13:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə