Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi – 20 Yanvar

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi –  20 Yanvar

Azərbaycan Turizm və Menecment Universitetində “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda “dəyirmi masa” keçirilib. Rektor İlham Mədətov  90-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib.

O, ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. Bu faciənin sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu, 20 Yanvar faciəsinin ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib.

Kafedra müdiri İbrahim Əliyev, professor Məhərrəm Zülfüqarlı bildiriblər ki,  həmin gecə Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.  Qeyd ediblər ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə, kommunist rejiminə etirazını bildirməklə, düzgün qərar qəbul etmək bacarığını bir daha təsdiqləyib. Bu faciə zamanı xalqımızın Azərbaycan milləti olaraq düşmənə qarşı birləşdiyini bütün dünyaya bildirib.

Qeyd edək ki, gün ərzində ATMU-da 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”  

 

 

 

 

 

19 2019 13:42 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin