Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

90 nəfər oftalmoloji müayinə olunub

90 nəfər oftalmoloji müayinə olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil səyyar klinikası “20 Yanvar” Cəmiyyətində  şəhid ailələri və əlilləri arasında tibbi aksiya keçirib. 

Aksiya zamanı 90 nəfər oftalmoloji müayinə olunub. Tibbi müayinədən keçənlərdə daha çox refraksiya patologiyası və katarakta aşkarlanıb. Onlara mütəxəssislər tərəfindən tövsiyələr verilib.

Bu humanitar aksiyanın keçirilməsində əsas məqsəd 20 Yanvar faciəsində şəhid olanların ailələrini və əlilləri müayinə və müalicə etmək və əldə edilən nəticələri yerindəcə həll etməkdir. Qeyd edək ki, təkcə faciə qurbanlarının anım günündə deyil, il ərzində şəhid ailələrinə və əlilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

  

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

19 2019 13:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin