Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin sonunadək Azərbaycan alimlərinin ikinci qurultayı keçiriləcək

Bu ilin sonunadək Azərbaycan alimlərinin ikinci qurultayı keçiriləcək

Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi nəzərdə tutulur.

Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.

A.Əlizadə bildirib ki, Azərbaycan elminin bugünkü innovativ vəziyyətinin müzakirəsinə həsr olunacaq qurultayda innovativ elmin inkişafı məsələlərindən, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlardan danışılacaq. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək.

Akademik A.Əlizadə artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanıldığını qeyd edib.

Xatırladaq ki, Azərbaycan alimlərinin birinci qurultayı 2014-cü ilin dekabrında keçirilib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

19 2019 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin