Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır

Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır

Bizim kainatımız zaman ölçüsü oxu ilə Böyük Partlayışın baş verdiyi andan tərs istiqamətdə hərəkət edən və anti-materiyadan qurulan paralel dünyanın bir "güzgüsü" ola bilər.  Kanadanın Nəzəri Fizika İnstitutu alimlərinin təklif etdiyi bu inqilabi nəzəriyyə fantastik görünsə də, müasir elmdə izahı tapılmayan bir neçə paradoksu həll etməyə imkan edir.

Yeni modelə görə Böyük Partlayış zamanı iki "simmetrik" kainat əmələ gəlib. Biri - bizim yaşadığımız kainatdır, burada vaxt gələcəyə doğru axır, "güzgü təzviri" olan digər kainatda isə vaxt geriyə, keçmişə axır, başqa sözlə, biz gələçəyə irəliləyirik, əkiz kainat isə - keçmişə.

Kanadalı fiziklər yeni nəzəriyyənin bir çox detallarını hələ dəqiqləşdirməlidirlər, buna baxmayaraq, onların hesablamalarında hansısa bir ciddi ziddiyyət aşkar edilmədiyindən, kanadalıların məqaləsi Amerika Fizika Cəmiyyətinin elmi jurnalında dərc olunub.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq  qəzeti”

 

 

19 2019 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin