Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir

Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir

Yanvarın 18-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası daxili işlər nazirinin müavini İsmail Çataklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını qonaqlara çatdıran V.Eyvazov DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, həyata keçirilən fəal hüquq-mühafizə siyasəti, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizənin vəziyyəti, mövcud kriminogen durum barədə ətraflı məlumat verib. Qeyd olunub ki, əməliyyat şəraitinin tam nəzarətə götürülməsi ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin, xarici investorların, o cümlədən türk iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb. 
Polis general-leytenantı Vilayət Eyvazov İsmail Çataklının Azərbaycana ilk rəsmi səfərinin iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın qarşılıqlı faydalı münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər nazirinin müavini respublikamıza ilk səfərindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib. 
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da görüşdə iştirak edib.

18 2019 22:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin