Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Energetika Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Energetika Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Respublikasının Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev 29 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini milli tariximizin qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.
Mərasimdə 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur. Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin dövlət səviyyəsində həlli, onların sosial təminatının ildən-ilə daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. 
Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub. 

18 2019 21:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə