Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və İran aradakı sərhədi sülh və dostluq zonasına çevirmək niyyətindədir

Azərbaycan və İran aradakı sərhədi sülh və dostluq zonasına çevirmək niyyətindədir

Dünən Bakıdakı “Fairmont” otelində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeri ölkəmizə səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. 
İran və Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq haqqında söhbət açan Baqeri bildirdi ki, son illərdə iki ölkə liderləri İlham Əliyev və Həsən Ruhaninin siyasi iradəsi nəticəsində siyasi və iqtisadi əməkdaşlıq sahəsində böyük irəliləyiş əldə olunub. Azərbaycanın müstəqillik qazanmasından sonra həm də hərbi sahədə əməkdaşlıq qurulub. İki dost ölkə müxtəlif sahələrdə müştərək layihələr həyata keçirir. Buna misal ­olaraq, Şimal-Cənub, Rəşt-Astara və digər nəqliyyat layihələrini göstərmək olar. 
İran Silahlı Qüvvələrinin rəsmisi qeyd etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Onun sözlərinə görə, İİR işğal olunmuş torpaqlarımızın tezliklə azad ­olunmasını, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasını arzulayır. Azərbaycanda sülh və sabitliyin, təhlükəsizliyin bərqərar olması rəsmi Tehranın daimi istəyidir. 
Baqeri deyib ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dəvəti ilə Bakıya səfəri müddətində bir sıra görüşlər keçirib. Məqsəd hərbi və müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdir. Hər iki ölkə arada olan sərhədi sülh və dostluq zonasına çevirmək niyyətindədir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması hər iki ölkəyə əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlar yaradır. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

18 2019 21:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin