Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fazil Mustafa: Struktur islahatları idarəetməni daha da çevik edəcək

Fazil Mustafa: Struktur islahatları idarəetməni daha da çevik edəcək

“Prezident İlham Əliyev tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm.  Bu islahatlar idarəetməni daha çevik və məqsədyönlü edəcək. Son illər ölkəmizin dünya birliyinə sürətli inteqrasiyası, iqtisadi və sosial sferada yaranmış  əsaslı dəyişikliklər, xarici siyasətdəki əsaslı dönüş, həmçinin digər sahələrdəki yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Hesab edirəm ki, dövlət başçısının  müvafiq fərmanları ilə həyata keçirilən struktur dəyişiklikləri dövlət  xidmətlərinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək”.
Bu fikri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının  rəhbəri Fazil Mustafa  Azərbaycan Prezidentinin  müvafiq fərmanları ilə həyata keçirilən struktur dəyişikliklərinə münasibət bildirərkən dedi.
Partiya sədri  bir neçə dövlət qurumunun ləğvinin  təəssüflə qarşılandığının başadüşülən olduğunu vurğuladı. Çünki  indiki zamanda  heç kim iş yerini itirməyi, sabit maaşdan məhrum olmağı istəməz. Ancaq beynəlxalq aləmdə baş verən yenilikləri, modernləşməni qəbul etməli və biz də bu yeniliyə uyğunlaşmalıyıq: “Azərbaycan heç bir ölkədən asılı deyil və müstəqil siyasət yeridən  dövlətdir. Ona görə də modernləşmənin, yeniləşmənin baş verməsi zərurətdir. Bununla ­yanaşı, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Hesab edirəm ki, islahatlar bundan sonra da davam etdirilməli, bir-birini təkrarlayan ali təhsil ocaqları, dövlət komitələri və nazirliklər də birləşdirilməlidir. Əvəzində isə özəl sektorun qarşılaşdığı bütün maneələr birmənalı şəkildə  aradan qaldırılmalı, işsizlərin sayının artımına imkan verməməliyik.  Hesab edirəm ki,  özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaqla işsizlik probleminin  qarşısını almaq mümkündür”.
Deputat bildirdi ki, inkişaf etmiş ölkələrin hamısında  islahatların ­aparılması labüddür. Bu, inkişaf , tərəqqi deməkdir: “ Son illər ölkəmizdə aparılan islahatlar beynəlxalq aləmdə də təqdir olunur. Bu uğurlu islahatlar bütün sahələrdə baş verir. Təsadüfi deyildir ki, düşünülmüş şəkildə aparılan kompleks islahatlar Azərbaycana “dünyada ən islahatçı ölkə” imicini qazandırmışdır”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

18 2019 21:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin