Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il bəşəriyyəti gözləyən ən qorxunc təhlükələr

Bu il bəşəriyyəti gözləyən ən qorxunc təhlükələr

2019-cu ildə dünyanı təhdid edəcək ən böyük 10 təhlükə barədə hesabat yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı hesabatda bu təhdidlərlə mübarizədə 5 illik plan və həll variantları da təqdim edilib.
Hesabata əsasən, atmosferin çirklənməsi, depressiya və peyvənd olmaqdan imtina edənlər və s. bu il insanların səhhətlərinə mənfi təsir edəcək təhdidlər arasındadır.
Yoluxucu xəstəliklər, müalicə oluna bilən xəstəliklər, ürək və ağciyər xəstəlikləri də hesabata daxil edilib.
Qeyd edilib ki, hazırda 1,6 milyarddan çox insan quraqlıq, aclıq və müharibələrin baş verdiyi ölkələrdə yaşamaq uğrunda mübarizə aparır. Onlar öz ehtiyaclarını ödəyə bilmirlər.
ÜST-ə görə, 2030–2050-ci illər aralığında qlobal istiləşmə səbəbindən ortaya çıxan qida çatışmazlığı, ishal, ifrat istilik və qızdırma kimi amillər 250 mindən çox insanın həyatına son qoya bilər.
Diabet, xərçəng və ürək çatışmazlıqları kimi xəstəliklər isə baş verəcək ölümlərin 70 faizini təşkil edəcək.
ÜST-ün 2019-cu ildə insanların səhhətlərini təhdid edəcək təhlükələrə peyvəndə qarşı müqavimət, qlobal qrip virusu, atmosferin çirklənməsi və qlobal istiləşmə, qeyri-yoluxucu xəstəliklər, həyat standartlarının aşağı düşməsi, mikroblara qarşı mübarizənin zəifləməsi, ebola və digər ölümcül yoluxucu xəstəliklər, keyfiyyətsiz səhiyyə xidmətləri və QİÇS daxil edilib.

 

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

18 2019 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin