Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya qazının Ukrayna ərazisindən nəqli dayandırılacaqmı?

Rusiya qazının Ukrayna ərazisindən nəqli dayandırılacaqmı?

Ukraynanın “Naftoqaz” şirkətində hesab edirlər ki, “Qazprom” müqavilə müddətinin bitdiyi 1 yanvar 2020-ci ildə ölkə ərazisindən qaz nəqlini dayandıracaq. Bu barədə “Naftoqaz” başçısı Andrey Kobolev bəyan edib. Məlumatı RİA “Novosti” verib. 
Məlumata görə, yanvarın 21-də Rusiya, Ukrayna və Avropa Komissiyası Brüsseldə nazirlər səviyyəsində qaz nəqli məsələsini müzakirə edəcək. Amma Rusiya rəsmiləri və “Qazprom” nümayəndələri dəfələrlə bəyan ediblər ki, 2019-cu ildən sonra Ukrayna ərazisindən qaz nəqli davam etdiriləcək. Prezident Vladimir Putin də yanvarın 17-də bildirib ki, Avropada qaza tələbatın artması həm “Şimal axını” və “Türk axını”nı işə salmağa, həm də Ukrayna vasitəsilə nəqli saxlamağa imkan verir. 
Kobolev deyib ki, qaz nəqli ilə bağlı yeni müqavilə Ukraynada yaradılacaq başqa bir operatorla imzalanacaq. Xatırladaq ki, 2014-cü ildə Ali Rada hökumətə investisiyasının 49 faizi ABŞ və Avropa İttifaqına məxsus olan yeni qaz nəqli sistemi yaratmağa icazə verib. Bununla da Ukrayna Nazirlər Kabineti “Ukrayna Magistral Qaz Nəqli” şirkətinin yaradılması haqqında qərar qəbul edib. Ölkənin qaz nəqli sisteminin idarəçiliyi “Naftoqaz”dan alınaraq bu şirkətə veriləcək. 
Kobolevin sözlərinə görə, Ukraynanın qaz nəqli sisteminin yeni operatoru 2020-ci ilin yanvarından işə başlayacaq. Rusiya qazının Ukrayna ərazisindən nəqli haqqında hazırkı müqavilənin müddəti isə 2019-cu ilin sonunda başa çatır. 

 

Paşa ƏMİRCANOV, 
 “Xalq qəzeti”

18 2019 21:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə