Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə hökuməti milli ixracatçı şirkətlərə maliyyə yardımı göstərəcək

Türkiyə hökuməti  milli ixracatçı şirkətlərə  maliyyə yardımı göstərəcək

Türkiyədə 2019-cu ildə ixracın həcmini kəskin artırmaq üzrə bir sıra mühüm hədəflər müəyyən edilib. “Anadolu” agentliyi yazır ki, bu məqsədlə milli şirkətlərə ciddi maliyyə yardımları göstəriləcək. 
Agentliyin müxbiri Maliyyə Nazirliyinin rəsmisinə istinadən bildirib ki, il ərzində ixracatçı şirkətlərə 3,1 milyard Türkiyə lirəsi həcmində vəsait ayrılıb. Bu vəsait, ilk növbədə yeni texnologiyaların inkişafı, modern dizaynların hazırlanması, eləcə də reklam və marketinq xərcləri üçün nəzərdə tutulub. 
Qeyd etmək lazımdır ki, Türkiyə dövləti ixracatçı şirkətləri bütün sahələrdə, xüsusilə dünyada yeni bazarlara çıxışın əldə olunması və potensial müştərilərin cəlb edilməsi istiqamətində dəstəkləyəcək. Bundan başqa, milli şirkətlərə elektron ticarətin genişləndirilməsi, beynəlxalq sərgilərin təşkili, milli brendlərin təbliği və sair bu kimi sahələrdə müvafiq yardımlar ediləcək. 
Yeri gəlmişkən, Ticarət Nazirliyi yuxarıda qeyd olunan məqsədlər üçün özəl şirkətlərin xarici ölkələrə ezam olunan əməkdaşlarının xərclərinin 60 faizini ödəyəcək. 
Sonda bildirək ki, Türkiyə hazırda ən çox Avropa İttifaqı (Aİ) ölkələrinə sənaye və kənd təsərrüfatı məhsulları ixrac edir. Ötən il Aİ ölkələrinə 20 milyard dollarlıq məhsul satılıb. Təxminən bir o qədər də bu ölkələrdən Türkiyəyə məhsul idxal olunub. 

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

18 2019 21:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə