Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qar örtüyünün hündürlüyü Ağdərədə 40 santimetrə çatıb

Qar örtüyünün hündürlüyü Ağdərədə 40 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilən xəbərə görə, yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qara, qara keçib, bəzi şərq rayonlarında intensiv olub. Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.
Yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 millimetr təşkil edib. 
Qar örtüyünün hündürlüyü Ağdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllıda və Daşkəsəndə 1 santimetr olub.

 

Qəzənfər QASIMOV,
 “Xalq qəzeti” 

18 2019 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin