• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayandur Rzayev: “Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır”

Bayandur Rzayev: “Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır”

Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev mətbuata açıqlamasında bildirib ki, baytarlıq xidmətinin vəzifəsi respublika ərazisində heyvanlar və quşlar arasında  baş verə biləcək xəstəliklərə qarşı mübarizə aparmaq və heyvanların müalicəsini həyata keçirtməkdən ibarətdir. Hal-hazırda bizim qurum 13 xəstəliyə qarşı profilaktiki peyvəndləmə işi aparır. Bu xəstəliklərə qarşı mübarizə dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

Vətəndaşlar epizootik tədbirlərin aparılmasında yerlərdə fəaliyyət göstərən baytar həkimlərə köməklik etməli, tədbirlər aparılan zaman heyvanların fiksasiya olunmasında yardım göstərsinlər. Heyvanlarda özbaşına müalicə və digər baytarlıq-sanitariya tədbirləri aparmasınlar. Eyni zamanda İri heyvandarlıq təsərrüfat sahibləri daim  heyvanların saxlanıldığı və gəzdirildiyi  yerləri profilaktiki dezinfeksiya etdirsinlər.

Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki, vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır.

Qonşu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı mübarizə aparırıq.     Qeyd edim ki,  ölkə ərazisində müəyyən xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılıb. Bu tədbirlər mərhələlərlə həyata keçirilir və hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə epizootik sabitlik qorunur.

Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə etməlidir. Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli üçün yem toplamalıdır. Bir də məsləhətim odur ki, heyvanları yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər. Əhaliyə, təsərrüfat sahiblərinə onu demək istəyirəm ki, heyvanların saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət göstərmək vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişimiz ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır. Çünki sağlam heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz. Heyvanların sağlam olması üçün isə ilk növbədə heyvanların infeksion xəstəliklərdən qorunması və onlara qarşı mübarizə tədbirlərinin aparılması vacibdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

18 2018 14:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin