Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Avropa Parlamentinin qətnaməsi Avropa İttifaqının nüfuzuna ciddi zərbə vurur

Deputat: Avropa Parlamentinin qətnaməsi Avropa İttifaqının nüfuzuna ciddi zərbə vurur

Avropa Parlamentində Azərbaycanla bağlı son dinləmələr, Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli və böhtan xarakterli qətnamənin qəbul edilməsi qətiyyən yolverilməzdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib. B.Əliyev qeyd edib ki, bu, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirən məsələdir: “Burada ayrı-ayrı qüvvələr var ki, Azərbaycanın uğurlu siyasət həyata keçirdiyi dünyada söz sahibi olduğu bir zamanda ölkəmizə təzyiqlər etməyə, öz iradələrinə tabe etdirməyə və Azərbaycana müəyyən şərtlər qəbul etdirməyə çalışırlar. Amma bu dairələr birdəfəlik anlamalıdırlar ki, Azərbaycanın iradəsinə təsir etmək heç cür mümkün deyil. Prezident İlham ƏIiyevin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsinə əsaslanır və buna qarşı hər hansı bir kampaniya yalnız məğlubiyyətə məhkumdur".

Deputat vurğulayıb ki, Azərbaycan güclü dövlətdir, öz sözünü deməyi bacarır, öz xalqının, vətəndaşlarının hüquqlarını tam qoruyur: "Yaxşı olardı ki, hər kəs öz ölkəsindəki problemlərlə məşğul olsun, Azərbaycanın isə pozulmuş hüquqları, ərazi bütövlüyü və bir milyondan artıq qaçqın və məcburi köçkününün hüquqları haqqında heç olmasa bir dəfə çıxış etsinlər, ədalətli qərar qəbul etsinlər”.

B.Əliyev qeyd edib ki, bu gün Azərbaycan Avropaya lazımdır: “Çünki onun enerji təhlükəsizliyini də, iqtisadi təhlükəsizliyini də müsbətə doğru yönəldən və bu baxımdan ən etibarlı tərəfdaş olan Azərbaycandır. Azərbaycan özü sürətlə inkişaf edir, güclü bir dövlətə çevrilib. Yuxarıda qeyd olunan qüvvələr kimlərlə əlaqə qurmalı olduqlarını düşünməlidirlər: çökmüş Ermənistanla, diktatura rejimli digər dövlətlərlə, yoxsa demokratik, hüquqi dövlət quran Azərbaycanla”.

 

18 2019 17:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin