Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uzaq Şərqdə iki qırıcı təyyarə toqquşub

Uzaq Şərqdə iki qırıcı təyyarə toqquşub

Hərbi Hava Qüvvələrinin Uzaq Şərq birliyinin və  Hava Hücumundan Müdafiə sisteminin  iki qırıcı-bombardmançı  "Su-34"  təyyarəsi Yapon dənizi üzərində plan üzrə tədris-məşq uçuşu həyata keçirərkən manevr zamanı Moskva vaxtı ilə saat 8:07-də toqquşub.

Faktı regionun güc strukturları təsdiq ediblər. Katapult sistemindən istifadə etdikdən sonra dənizə düşən iki pilotu axtarış-xilasetmə əməliyyatında iştirak edən vertolyotlar xilas etmişlər. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, pilotların vəziyyəti qənaətbəxşdir.

Təyyarənin pilotları xilasedici kostyumlarla təmin olunmuşlar. Bu kostyumlarda pilotlar 0 dərəcə suda 12 saat sağ qala bilərlər. Axtarış-xilasetmə əməliyyatı çətin hava şəraitində aparılır, dənizdə güclü dalğalar var.

Son məlumata görə təyyarələrdən biri mühərrikin zədələnməsinə baxmayaraq, aerodroma qayıda bilmişdir.

Yeni nəsil “Su-34” qırıcı-bombardmançı təyyarələr “Suxoy” şirkəti tərəfindən hazırlanmışdır, suda və qurudakı obyektlərə zərbə vurmaq üçün nəzərdə tutulmuşdur.                                                                

 “Xalq qəzeti”

 

18 2019 16:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin