Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır

“Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır.”  Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin iclasında deyib.

Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib: "Bu layihənin plenar sessiyaya çıxarılmasının vaxtıdır. Son illərdə Azərbaycanda muğam sənətinə çox böyük diqqət göstərilir".

R.Hüseynov qeyd edib ki, aşıq sənəti ilə bağlı ayrıca qanun layihəsinin olmasına ehtiyac var.

O, "Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi" ilə bağlı qanun layihəsinin hazırlandığını da söyləyib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

18 2019 15:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin