Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elza İbrahimovanın rəsmi olan yeni poçt markası

Elza İbrahimovanın rəsmi olan yeni poçt markası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən daha bir poçt markası nəşr etdirib.

Nazirlikdən bildirilib  ki, yeni poçt markası Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə dövriyyəyə buraxılıb.

Poçt markası "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Markanın ölçüləri 29.8x40.6 millimetr, marka vərəqinin ölçüsü 186.4x202.8 millimetrdir. Ümumi tiraj 500016 ədəddir.

Markaları "Azərpoçt" MMC-nin poçt şöbə və filiallarından, eləcə də "Şəbəkə" xidmət mərkəzlərindən əldə etmək mümkündür.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

18 2019 15:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin