Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il 6148 sanator-kurort göndərişi verilib

Ötən il 6148 sanator-kurort göndərişi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.

2018-ci ildə fond həssas qruplardan olan şəxsləri sanator-kurort müəssisələrinə 6148 və istirahət mərkəzlərinə 1409 göndərişlə təmin edib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 9 May-Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarından ibarət 541 nəfərin hər birinə 1000 manat, həmin müharibədə həlak olmuş döyüşçülərin dul arvadlarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 10430 nəfərin hər birinə 500 manat birdəfəlik maddi yardım verilib.

Hesabat dövründə 16 min nəfər səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunub. 355 nəfər sağlamlıq imkanları məhdud gənc isə peşə reabilitasiyasına cəlb edilib.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

18 2019 15:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin