Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirilib

İşəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Səbail rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında seminar-müşavirə keçirib.

Tədbir Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq və əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması  məqsədilə təşkil olunub. 

Paytaxtın Nəsimi rayonundan da ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub. İşəgötürənlərin bu mövzuda sualları cavablandırılıb.

Tədbirdə qeyri-rəsmi məşğulluğun işçi hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu diqqətə çatdırılıb, əmək münasibətlərinin qeyri-formal şəkildə qurulmasının mənfi nəticələri qeyd olunub.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 

18 2019 15:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin