Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Davosda təmsil olunmayacaq

ABŞ Davosda təmsil olunmayacaq

Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib ki, ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumuna gedəcək nümayəndə heyətinin səfərini ləğv edib.

Sara Sanders bəyan edib ki, 800 min dövlət qulluqçusu əməkhaqqı almır, komanda kömək göstərmək üçün ölkədə qalacaq.  Bundan əvvəl Davosa dövlət Katibi Mayk Pompeo, maliyyə naziri Stiven Mnuçin, ticarət naziri Uilbur Ross ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və Ağ evin aparat rəhbərinin müavini Kris Liddelldən ibarət nümayəndə heyətinin getməsi planlaşdırılmışdı.

Davos İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək. Qeyd edək ki, Fransa prezidenti Makron da ölkədə etiraz aksiyalarının keçirilməsi üzündən Davosa getməyəcəyini bildirib. Dauninq stritdən mətbuat katibliyinin yaydığı məlumatda deyilir ki, “Brexit”lə bağlı yeni planın hazırlanması ilə əlaqədar Tereza Mey də Davosa səfər etməyəcək.

Forumun təşkilatçıları bildiriblər ki, ABŞ, Fransa və Böyük Britaniya liderlərinin Davosa səfərdən imtina etmələri Forumun işinə təsir göstərməyəcək.

“Xalq qəzeti”

 

18 2019 15:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin