Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda ardıcıl müşahidə edilən yağışlı günlərin sayı çoxalıb

Bakıda ardıcıl müşahidə edilən yağışlı günlərin sayı çoxalıb

 Son onilliklər ərzində Azərbaycanda atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində dəyişikliklər baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun Trend-ə verdiyi  məlumatda bildib ki, "Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi" mövzusu üzrə son 3 il ərzində aparılmış tədqiqatın nəticələrinə əsasən, Böyük Qafqaqzın cənub yamacının qərb hissəsində (Şəki, Zaqatala, Balakən, Qax rayonlarında) yağıntıların ümumi miqdarı artıb. Lakin bu ərazilərdə yağıntıların sutkalıq miqdarının çox olan günlərinin sayı azalıb.

M.Həsənov əlavə edib ki, Azərbaycanın qalan ərazilərinin əksər yerlərində isə yağıntıların intensivliyi artıb. Bu isə o deməkdir ki, bəzən aylıq yağıntı miqdarı norması həmin ərazilərə 1-2 gün ərzində düşür.

Direktor müavini qeyd edib ki, Lənkəran bölgəsində isə həm yağıntının ümumi miqdarı, həm də bol yağıntılı günlərin sayı xeyli azalıb: "Təhlillər göstərdi ki, bunlar əraziyə daxil olan hava kütlələrinin xüsusiyyətləri ilə, məsələn, konvektiv dayanıqsız təbəqənin qalınlığının az olması, hava kütlələrinin müdaxiləsinin istiqaməti və s. ilə bağlıdır".

M.Həsənov əlavə edib ki, Bakıda yağıntıların miqdarında dəyişmə az qeydə alınsa da, yağıntıların intensivliyi azalıb. Başqa sözlə, Bakıda ardıcıl müşahidə edlən yağışlı günlərin sayı, eyni zamanda, 1 gün ərzində düşən yağıntının miqdarı çoxalıb.

 

18 2019 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin