Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan kosmosa robot göndərəcək

Hindistan kosmosa robot göndərəcək

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk uçuşda heyvan göndərməyəcək.

Təşkilatın rəhbəri Kaylasavadivu Sivan bildirib ki, kosmosa göndəriləcək robot-androidi Hindistan özü hazırlayıb. Kosmosa ilk pilotlu uçuş 2021-ci ilin dekabr ayına təyin olunub. Bundan əvvəl isə 2020-ci ilin sonunda və 2021-ci ilin iyulunda kosmosa pilotsuz rejimdə iki kosmik gəmi göndəriləcək.

“The Economic Times” qəzetinə müsahibə verən Sivan bildirib ki, bizim hazırladığımız robot insana bənzəyir və tam mənada olmasa da insanın gördüyü işləri həyata keçirəcək . Hindistan bu işi təkbaşına reallaşdıracaq, robotlar da sınaq uçuşları zamanı kosmik gəmidə olacaq.

Bu uçuşların uğurlu olacağı təqdirdə Hindistan 2021-ci ilin dekabrında pilotlu uçuş yerinə yetiriləcək.

Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi ötən il ölkənin müstəqilliyi günü münasibətilə çıxışında demişdi ki, müstəqilliyin 75 illiyi münasibətilə ölkə kosmosa pilotlu uçuş aparatı göndərməyə hazırlaşır.

“Xalq qəzeti”

 

18 2019 15:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin