Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Human Rights Watch” Ermənistanda insan hüquqları sahəsində problemlər olduğunu bildirib

“Human Rights Watch” Ermənistanda insan hüquqları sahəsində problemlər olduğunu bildirib

Ermənistanın yeni hökuməti bütün saxlanılan şəxslərin hüquqlarına hörmət etməli və məhkəmə orqanlarının müstəqilliyini təmin etməlidir.

 “Human Rights Watch” təşkilatının “World Report 2019” hesabatında qeyd olunur ki, yeni hökumət 2008-ci ilin martında baş vermiş toqquşmalarla bağlı araşdırmaları bərpa edib, sabiq prezident Robert Koçaryan və iki komandir barəsində ittihamlar irəli sürüb.

Hesabata əsasən, Ermənistanda insan hüquqları ilə bağlı problemlər arasında məişət zorakılığı, cinsi azlıqlara qarşı zorakılıq və ayrı-seçkilik, fiziki məhduiyyətli uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarının azlığı yer alıb.  Seçki ərəfəsində ölkədə siyasi partiyalar və bəzi siyasətçilər geniş yayılmış homofobiya amilindən istifadə etməyə çalışıb və öz çıxışlarında alçaldıcı açıqlamalar səsləndiriblər.

“Human Rights Watch” əlil uşaqlarla bağlı aparılan için yarıtmaz olduğunu qeyd edib: Qanunvericilik psixososial və əqli pozuntuları olan şəxsləri cəmiyyətdə hər hansı bir fəaliyyətə qoşulması imkanından məhrum edir. Ölkədə bu cür şəxslərə yardım əldə edə bilmək imkanı verən qaydalar sistemi mövcud deyil”.

Hesabatda insan hüquqları ilə bağlı ölkədə ciddi pozuntular olduğu, müxalifətin təqib edildiyi, siyasi rəqiblərə qarşı repressiya tədbirləri görüldüyü yer alıb.

“Xalq qəzeti”

18 2019 15:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə