Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kolumbiyada partlayış

Kolumbiyada partlayış

Kolumbiyanın paytaxtı Boqota şəhərində baş verən partlayış nəticəsində 21 nəfər həlak olub. Ölənlərin arasında Ekvador və Panama vətəndaşları da var.  

İçərisində 80 kiloqram pentolit olan avtomobil Polis kadet məktəbinin qarşısında partladılmışdır. Yaralananların sayının 68 nəfər olduğu bildirilir. Xəsarət alanlara Boqotanın müxtəlif xəstəxanalarında yardım göstərilib.

Polis orqanlarının məlumatında deyilir ki, məktəbin ərazisinə daxil olaraq partlayan avtomobilin sükanı arxasında 56 yaşlı Xose Aldemar Roxas olmuşdur. Roxasın  hərəkətinin motivi bəlli deyil. Partlayış məzunlara rütbə verilməsinə həsr olunmuş mərasimdən bir neçə dəqiqə sonra baş vermişdir. Əməliyyat-istintaq tədbirləri davam edir.

Hadisə yerinə gələn Kolumbiya prezidenti İvan Duke terror aktının qurbanları ilə əlaqədar ölkədə üç gün matəm elan etmişdir.

“Xalq qəzeti”

18 2019 15:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin