Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında elmi əməkdaşlıq

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında elmi əməkdaşlıq

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi, “İntergeo-Tetis” Beynəlxalq Elmi-Texniki Kompleksi arasında elmi-texniki əməkdaşlığa dair müqavilənin imzalanması ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat  İnstitutunun direktoru  Cavanşir Təlai "Taxıl bitkilərinin məhsulunun əsas kəmiyyət və keyfiyyət göstəricilərinə suvarma suyunun maqnit emalının təsirinin eksperimental tədqiqatı" mövzusunda aparılacaq birgə innovativ elmi-tədqiqat işlərini həyata keçirmək üçün əməkdaşlıq müqaviləsi haqqında məlumat vermişdir. O, həmçinin  bağlanacaq əməkdaşlıq müqaviləsinin dünya elminə inteqrasiyada böyük rol oynayacağı, gələcəkdə oxşar tədqiqatların şoranlaşmış  torpaqlarda da aparılması, elmi-tədqiqatların nəticələri əsasında birgə məqalələrin və monoqrafiyaların, metodik göstərişlərin və sairənin dərc etdirilməsi, elmi məruzələrlə konfranslarda ediləcək çıxışlar və ixtira patentlərinin alınmasının mühüm əhəmiyyət daşıyacağını qeyd etmişdir.

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, geologiya-minerologiya elmləri doktoru, professor Elçin Xəlilov tədbir iştirakçılarını salamlayaraq Beynəlxalq Elmlər Akademiyasının dünyanın ən məşhur akademiyalarından biri olduğunu qeyd etmiş və onun tarixi haqqında məlumat vermişdir. O, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını bildirmişdir. Akademiyanın təsis edilməsində Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət universitetləri və bir çox iri təşkilatların yaxından iştirak etmələrini və bölmənin dünya miqyasında keçirdiyi beynəlxalq simpozium və konfranslar haqqında tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. O, Əkinçilik ET İnstitutu ilə bağlanacaq əməkdaşlıq müqaviləsində praktiki əhəmiyyət kəsb edən elmi-tədqiqat işlərinin aparılmasının planlaşdırıldığını və maqnitləşdirilmiş suvarma suyunun unudulmuş sahə olduğunu bildirmişdir. Hələ 35-40 il bundan əvvəl maqnitləşdirilmiş suvarma suyunun müsbət nəticələrə yol acması artıq o dövrdə məlum idi. Bu texnologiyanın  hal-hazırda bir çox ölkələrdə, Yaponiyada, Amerikada, Çində, Almaniyada tətbiq olunduğunu və alınmış nəticələr çox yüksək olduğunu bildirmişdir. Şoranlaşmış torpaqlarda istifadə olunan maqnitləşdirilmiş suyun kənd təsərrüfatında yüksək nəticələr əldə edilməsinə də müsbət təsir etdiyini qeyd etmişdir.

Sonra "İntergeo-Tetis" Beynəlxalq Elmi-Texniki Kompleksin icraçı direktoru Həsən Şəfiyev öz çıxışında gördükləri işlərdən, zəlzələyə davamlı inşaat materiallarının, konstruksiyaların hazırlanması, onların tədqiqi, yerin təkində gedən tektonik proseslərin, zəlzələlərin öyrənilməsi və bu sahədə beynəlxalq layihələrə qoşularaq,  İndoneziyada, Ukraynada tədqiqat işləri aparılması və s. haqqında ətraflı danışmışdır.

Sonda növbəti iki il üçün elmi-texniki əməkdaşlığa dair üçtərəfli müqavilə imzalanmışdır.

Afət Sadıqoğlu,
“Xalq qəzeti

 

18 2019 15:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin