Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, 20 Yanvar şəhidlərinin yaxınları iştirak edib. Tədbir universitetin şəhid olmuş 3 nəfər tələbəsi - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önündən başlanıb. İştirakçılar şəhidlərin vaxtı ilə oxuduqları fakültələrdə qoyulan barelyefləri önünə qərənfillər düzüb, onların xatirəsini yad ediblər.

Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində rektor, professor Mustafa Babanlı çıxış edərək ölkəmizin müstəqilliyi uğrunda şəhid olan gənclərimizin ADNSU-da daim qürurla xatırlandığını deyib.

Şəhidlərin ailə üzvləri diqqətə görə, universitet rəhbərliyinə təşəkkür ediblər.

Tədbir iştirakçıları 20 Yanvar hadisələrini və həmin gün şəhid olan qəhrəman oğullarımızı yad edib, onlar haqqında xatirələrini bölüşüblər.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

18 2019 14:59 - 20 YANVAR
20 YANVAR

Ən son xəbərləri səhifəmizdən də izləyin