Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur

Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 17-də İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildirən Baş nazir hər iki ölkə rəhbərlərinin birgə səyləri nəticəsində bu münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, əlaqələrimizin genişləndirilməsi, o cümlədən mühüm layihələrin həyata keçirilməsi istiqamətində prezidentlərimiz tərəfindən atılan addımlar ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edir. 
Novruz Məmmədov qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edərək, Məhəmməd Baqerinin ölkəmizə bu səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Məhəmməd Baqeri Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyini xatırladan Baş Qərargah rəisi bildirib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır. 
Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.
Məhəmməd Baqeri hər iki ölkənin xalqları arasında böyük tarixə malik əlaqələrin olduğunu bildirib. O, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

 AZƏRTAC

17 2019 21:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin