Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DÖVLƏT İMTAHAN MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXS qablaşdırılmış içməli suyun satınalınması üçün kotirovka sorğusu elan edir

DÖVLƏT İMTAHAN MƏRKƏZİ PUBLİK HÜQUQİ ŞƏXS qablaşdırılmış içməli suyun satınalınması üçün kotirovka sorğusu elan edir

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərflərdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədlər -
-nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş); 
-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş); 
-kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə) 
-kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş ) və iddiaçının tender təklifi 29 yanvar 2019-cu il saat 15.00-dək Bakı, M.Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs - İlham Əliyevə, ­telefon - 012-502-47-53/56/58, daxili 144) ünvana təqdim edilməlidir. 
 Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar, yaxud onların səlahiyyətli nümayəndələri 30 yanvar 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

17 2019 21:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Avqust 2019 | 13:00
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə