Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 2019-cu ilin I yarımilliyində “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomobillərin ehtiyat hissələrinin və mühərrik, transmissiya yağlarının satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası  2019-cu ilin I yarımilliyində “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomobillərin ehtiyat hissələrinin və mühərrik, transmissiya yağlarının satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot - 1. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” avtomaşınları üçün ehtiyat hissələrinin satınalınması.
Lot - 2. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün avtoşinlərin və akkumulyatorların satınalınması.
Lot - 3. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” və digər markalı avtomaşınlar üçün mühərrik, transmissiya yağlarının satınalınması.
 İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
 Üstünlük veriləcək meyarlar- ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri, “Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli sürtkü yağları), bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.
 Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesablaşma hesabına hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını ödədikdən sonra 2019-cu il fevralın 7-dək Bakı, F.İbrahimbəyov küçəsi 43 nömrəli ünvanda əlaqələndirici şəxs R.Rüstəmzadədən ala bilərlər:
DXA
Kod- 210005
VÖEN- 1401555071
M/h - AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
H/h - AZ97CTRE00000000000002128301
Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
VÖEN -1700293201
Büdcə təsnifatı - 0514
Büdcə səviyyəsi -7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
-iştirak haqqının ödənilməsi barədə sənəd;
-tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
-Azərbaycan Respublikasında vergilərə və digər ölənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri, bir ədəd əsli və bir ədəd surəti (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2019-cu il fevralın 7-dən gec olmayaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tender komissiyasına təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini bir ədəd əsli,bir ədəd surəti ikiqat zərfə qoyaraq ­imzalanmış, möhürlənmiş şəkildə 18 fevral 2019-cu il saat 14.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.
Təklif zərfləri 19 fevral 2019-cu il saat 14.00-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında açılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Telefon- 596-27-71.

 

Tender komissiyası

17 2019 21:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 Noyabr 2019 | 00:39
MƏTANƏT A

Köhnə versiyamızdan xəbərləri izlə