Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba Rayon Mərkəzi Xəstəxanası aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Quba Rayon Mərkəzi Xəstəxanası aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Lot-1. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması.
Lot-2. Avadanlığın satınalınması. 
Lot-3. İnventarın satınalınması.
Lot-4. İdarənin xərcləri – dəftərxana və təsərrüfat mallarının satınalınması.
Lot-5. Əsaslı təmir işlərinin satınalınması.
Lot-6. Cari təmir işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Quba şəhəri, Fətəlixan küçəsi 12 (əlaqələndirici şəxs - Babayev Elşən Baba oğlundan, telefon - (023) 335-29-58) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı - lot -1 və lot - 3 hər biri 150 manat, lot - 2 və lot - 4 hər biri 100 manat, Lot - 5 və Lot - 6 isə hər biri 50 manatdır.
Bank rekvizitləri:
Hh - AZ37AİİB32051019446500246165
VÖEN - 4500202691
Bank - “Kapital Bank”ın Quba filialı 
Kod - 200651
VÖEN - 9900003611
M/h - AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər: 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. 
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 fevral 2019-cu il saat 17.00-a qədər Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 1 mart 2019-cu il saat 15.00-da Quba şəhəri, Fətəlixan küçəsi 12 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

17 2019 21:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə