Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Facebook” xəbər jurnalistikasının inkişafına 300 milyon dollar yatıracaq

“Facebook” xəbər jurnalistikasının inkişafına 300 milyon dollar yatıracaq

“Facebook” şirkəti xəbər jurnalistikasının inkişafına 300 milyon dollar sərmayə yatıracaq. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Mənbə yazır ki, bu barədə “Facebook” şirkətinin sahibi Mark Zukerberq məlumat verib. O deyib ki, xəbər jurnalistikasının inkişafına yönələn layihələrə 300 milyon dollar sərmayə yatıracaq. Bu barədə açıqlama verən şirkətin vitse-prezidenti Kempbell Braun isə deyib: “Biz “Facebook”da həqiqətə uyğun olmayan, yalan informasiya və aşağı keyfiyyətli xəbərlərlə mübarizəni davam etdirəcəyik”. O qeyd edib ki, “Facebook” informasiya təşkilatlarının inkişafı üçün qarşıdakı üç ildə sözügedən sərmayəni təmin edəcək.
 K.Braun vurğulayıb ki, sosial şəbəkə, həmçinin jurnalist və xəbər təşkilatlarının imkanlarının inkişafına, eləcə də dayanıqlı biznes modellərinin qurulmasına kömək üçün nəzərdə tutulan layihələrdə iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, bu ilin əvvəlində “Facebook” ABŞ KİV nümayəndələrinin, sahibkar və sponsorların iştirakı ilə mətbuat konfransı təşkil edərək müasir jurnalistika qarşısında duran çağırışların müzakirəsini planlaşdırır.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

17 2019 21:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin