Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”in yeni xidmət mərkəzi

Bakı Beynəlxalq Avtovağzalında

“Azercell”in yeni xidmət mərkəzi

Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC müştərilərin rahatlığını düşünərək, Bakı Beynəlxalq Avtovağzalında yeni konseptli xidmət mərkəzini istifadəyə verdi. 
Abunəçilər burada bütün “Azercell” xidmətlərindən yararlana, nömrələr üzərində müvafiq əməliyyatlar apara, eləcə də şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin yeni xidmət mərkəzində yanvar ayının 15-dən etibarən 7 gün ərzində smartfon alan hər kəs 150 AZN dəyərində hədiyyə balansı əldə edəcəkdir. 
“Azercell” ölkə üzrə abunəçilərə xidmət göstərən geniş şəbəkəyə malikdir. Hazırda 8 müştəri xidməti ofisi, bir məkanda 3 növ xidmət göstərən 29 “Azercell Ekspress” ofisi, 4 yeni konseptli xidmət mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, şirkətin 20 eksklüziv mağazası, 3 Asan mərkəzlərində xidmət göstərən məntəqəsi var. 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni eksklüziv mağaza istifadəyə verilib. 
Onu da bildirək ki, “Azercell” müştəri xidmətləri sahəsində yenilikçi ruhu ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən telefon mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk regional telefon mərkəzini yaradıb. Abunələrinə yalnız üz-üzə deyil, həm də onlayn şəkildə xidmət göstərən “Azercell” müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

 

“Xalq qəzeti” 

17 2019 21:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə