Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə-Xorvatiya əlaqələri genişlənir

Türkiyə-Xorvatiya əlaqələri genişlənir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Xorvativanın dövlət başçısı Kolinda Qrabar-Kitaroviç qardaş ölkədə rəsmi səfərdə olub. Dünən prezidentlər mətbuat konfransı keçiriblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
R.T.Ərdoğan son illər ölkəsi ilə Xorvatiya arasında hərtərəfli əlaqələrin güclənməsinin hər iki dövlət üçün böyük əhəmiyyət daşıdığını bildirib. Minnətdarlıq hissi ilə qeyd edib ki, Xorvatiya Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir. 
2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 600 milyon dollar təşkil edib. Tədbirdə hər iki ölkənin lideri bu göstəricini 1 milyard dollara çatıdırmaq əzmində olduqlarını bildirib. 
K.Qrabar-Kitaroviç çıxışında, öz növbəsində Türkiyə ilə əlaqələrin yüksək səviyyəyə çatdığını vurğulayıb. Onun sözlərinə görə, 2020-ci ildə Aİ-yə sədrlik Xorvatiyaya keçəcək və rəsmi Zaqreb Türkiyənin bu quruma yolunun rahat olması üçün əlindən gələni edəcək. 
Yeri gəlmişkən, Türkiyə Prezidenti tədbirdə Suriyadakı vəziyyətə də aydınlıq gətirib. Münbiçdə baş verən partlayışda ABŞ hərbçilərinin həlak olmaları barədə söz açarkən bildirib ki, bu, Amerika qoşunlarının bölgədən çıxmasını əngəlləmək istəyənlərin cəhdi ola bilər. Lakin R.T.Ərdoğan Prezident Trampın bu məsələdə mövqeyini dəyişməyəcəyinə əmin olduğunu ifadə edib. 
Türkiyə dövlətinin başçısı rəsmi Ankaranın regionda bundan sonra da terrorla qətiyyətlə mübarizə aparacağını bildirib. Vurğulayıb ki, Türkiyə bölgədə kürdlərlə deyil, PYD və YPG terror təşkilatları ilə mücadilə aparır.

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

17 2019 20:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin