Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aleksis Tsipras etimad səsverməsini qazanıb

Aleksis Tsipras etimad səsverməsini qazanıb

“Euronews” agentliyinin yaydığı məlumata görə, Yunanıstanın Baş naziri Aleksis Tsipras parlamentdə keçirilən etimad səsverməsində qalib gəlib. 
Səsvermənin nəticələrinə əsasən parlamentin 151 üzvü hökumət başçısının lehinə, 148 üzvü əleyhinə səs verib.
Qeyd edək ki, Tsipras etimad səsverməsinin keçirilməsi məsələsini yanvarın 13-də müdafiə naziri Panos Kamenos istefa verəndən və onun rəhbərlik etdiyi “Müstəqil yunanlar” partiyasının koalisiya hökumətinin tərkibindən çıxandan sonra qaldırmışdı. 
Xatırladaq ki, istefaya Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı fikir ayrılığı səbəb olmuşdu. Makedoniya ilə Yunanıstan arasında ad üstündə mübahisə 1991-ci ildən davam edir. Yunanıstanda Makedoniya adlı əyalət olduğundan rəsmi Afina bu əyalətə qarşı ərazi iddialarının qaldırılmasından ehtiyat edir. 2018-ci ilin iyununda rəsmi Afina ilə Skopye arasında Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı saziş imzalanıb. Makedoniya parlamentinin təsdiq etdiyi müvafiq razılaşma Yunanıstan parlamenti tərəfindən də ratifikasiya olunmalıdır.

 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

17 2019 20:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə