Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da neft hasilatı rekord həddə çatdırılıb

ABŞ-da neft hasilatı rekord həddə çatdırılıb

Ötən həftədən Birləşmiş Ştatlarda neft hasilatı gündəlik 200 min barel artırılaraq sutkada 11,9 milyon barelə çatdırılıb. 
Bu isə 1983-cü ildəki rekordu yeniləmək deməkdir. Bu isə istər-istəməz, dünya bazarında “qara qızıl”ın qiymətinə təsir edir. Hazırda birjalarda neftin qiyməti belədir:
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 61,12 dollardır. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 52,10 dollardır. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 63,20 dollardır.

 

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

 

17 2019 20:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə