Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Hava proqnozu

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında tədricən mülayimləşəcək. Gecə 0-2, gündüz 4-6, Bakıda gecə 0-2, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 1-6, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, ­Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Gecə 0-3, gündüz 4-6 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. 

17 2019 20:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə