Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğursuz nəticə

Uğursuz nəticə

Çinin Ayın əks tərəfinə enən “Çanye-4” zondunda kartof, pambıq və digər bitkilərə aid toxumların yetişdirilməsi ilə bağlı eksperiment səmərə verməyib. Bildirilir ki, ilk dəfə olaraq Ayda, süni ekosistemdə yetişdirilmiş toxumlar tələf olub.
Doğrudur, ilk mərhələdə təcrübə kifayət qədər uğurlu olmuşdu, hətta pambıq toxumlarının cücərdiyi xəbəri yayılmışdı. Çinli alimlər bitkilərin tələf olmasını “Ay gecəsi” hadisəsi ilə izah ediblər. Belə ki, bu hadisə baş verən zaman temperatur mənfi 170 dərəcəyə qədər düşüb.
Xəbəri “Sinxua” agentliyi verib.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

17 2019 20:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə