Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı cüdoçu ABŞ çempionudur

Azərbaycanlı cüdoçu ABŞ çempionudur

ABŞ-da yaşayan məşhur azərbaycanlı idmançı Zaur Cəlil son iki ildə dalbadal bu ölkənin cüdo üzrə çempionu olub.

Hazırda Minnesota ştatının Minneapolis şəhərində fəaliyyət göstərən

soydaşımız 1991-ci ildən, 6 yaşından cüdo ilə məşğul olur. 2006-cı ildə ABŞ-a gəldikdən sonra, Nyu York şəhərində cüdo yarışlarına qatılaraq 60 kq çəki üzrə ştat çempionu olub. Roçester şəhərində keçirilən olimpiadanın da qızıl medalına layiq görülüb. ABŞ-da keçirilən yarışlarda 100-ə yaxın medal və kuboklarla təltif olunub. Təkcə 11 dəfə Minnesot ştatı çempionu olub.

Həmyerlimiz 2015-ci ildə Texasda keçirilən Amerika çempionatının bürünc, 2016-cı ildə isə gümüş medalını qazanıb. 2017--2018-ci illərdə isə iki dəfə dalbadal ABŞ çempionu olaraq qızıl medala layiq görülüb. 

Amerika Cüdo Federasiyası tərəfindən M-1 dərəcəsi və sertifikatla təltif olunub. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir. 
Zaur bu yaxınlarda mediaya açıqlamasında bildirib:"Master Cüdo uzrə dunya çempionatının iştirakçısı olmuşam. İnşaallah, bu il yenidən yarışlara qatılıb bir azərbaycanlı olaraq yüksək pilləyə yiyələnməyə çalışacağam. Amerikada MMA- qaydasız döyüş üzrə bir çox yarışlarda qalib gəlmişəm. Hətta dünya şöhrətli Mayk Taysonla da görüşümüzdə olub. 2018-ci ildə öz vəsaitim hesabına "CHAMPIONS Gym" idman salonunu açmışam. Istəyirəm ki, davamlı məşq edib daha da yüksək nəticələr əldə edim, tələbələr yetişdirib dünyada tanıdım".

Zaurun atası Telman Cəlilov isə 1998-ci ildən ABŞ-da yaşayır. Hazırda Nyu York səhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəridir. Zaurun həyat yoldaşı Leyla Cəlil  muğam ifaçısıdır, ölkəmizdə və Türkiyədə keçirilən müsabiqələrin qalibi olub.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

 

17 2019 16:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə