Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın Dövlət Duması AŞPA-nın işində iştirakdan imtina etmişdir

Rusiyanın Dövlət Duması AŞPA-nın işində iştirakdan imtina etmişdir

Aşağı Palatanın bəyanatında bildirilir ki, Dövlət Duması bu il AŞPA-da iştrak etmək üçün nümayəndə heyəti formalaşdırmayacaq.

Deputatlar qeyd etmişlər ki, Rusiya və Avropa Şurası arasında parlament xətti ilə əlaqələr uzunsürən antirusiya kampaniyası üzündən dayandırılmışdır. AŞPA isə sistemin dərin böhranı ilə üzləşmişdir. Yaranmış şəraitdə Dövlət Duması Rusiya Federasiyasının nümayəndə heyətinin AŞPA-ya qayıtmasını və ölkənin Avropa Şurasının büdcəsinə üzvlük haqqı ödəməsini məqbul hesab etmir.

“Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverov bəyanatı şərh edərkən bildirmişdir ki, Rusiya AŞPA-da demokratik dəyərlər uğrunda mübarizə aparır və onun qərarlarından asılı olmayaraq ölkənin maraqlarını müdafiə edir.

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski daha sərt mövqe tutaraq qeyd etmişdir ki, növbəti addım Avropa Şurasını tərk etmək olmalıdır. “Ədalətli Rusiya”nın lideri Sergey Mironov isə Rusiyanın Avropa Şurasında üzvlüyünün faydasız və mənasız xərc aparan iş olduğunu vurğulamışdır.

“Xalq qəzeti”

17 2019 16:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə