Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azəriqaz": Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb

Yanvarın 16-sı gecədən etibarən "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxslərindən növbətçilik sistemi təşkil edilib.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib. Onun sözlərinə görə, növbətçilik sistemi bütün respublika üzrə təşkil edilib: "Dünəndən etibarən indiyə qədər heç bir şikayət daxil olmayıb. Bütün respublika üzrə təbii qazın verilişində problem yaşanmayıb, respublika üzrə heç bir qəza halı qeydə alınmayıb".

Qurum rəsmisi bildirib ki, əgər hər hansı bir qəza halı yaranarsa, “Azəriqaz” İstehsalat Birliyinin Qaz-qəza xidməti tərəfindən problemin aradan qaldırlması üçün zəruri tədbirlər görüləcək.

 

17 2019 16:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin