Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BŞİH: Güclü küləyin yağıntı ilə müşayiət olunması ağacların aşma təhlükəsini daha da artırır

BŞİH: Güclü küləyin yağıntı ilə müşayiət olunması ağacların aşma təhlükəsini daha da artırır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü külək və yağıntı ilə əlaqədar paytaxt sakinlərinə və sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, güclü küləyin əsməsi, yağış və sulu qar ağacların kökünü yumşaldır. Bu isə ağacların aşma təhlükəsini daha da artırır: "Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Vətəndaşlar isə ağacların altında dayanmasın və ağacların yanından keçərkən ehtiyatlı olsunlar".

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

 

17 2019 15:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin