Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Venesuela XİN: ABŞ dövlət çevrilişinə sponsorluq edir

Venesuela XİN: ABŞ dövlət çevrilişinə sponsorluq edir

BMT-nin mənzil-qərargahında keçirilən mətbuat konfransında Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bildirib ki, Venesuela hökuməti ABŞ-ın sponsorluq etdiyi növbəti dövlət çevrilişi cəhdi ilə üzzədir.

Nazir ABŞ-ı ölkədə təkrar dövlət çevrilişi cəhdində ittiham edib: “ABŞ və onun müttəfiqləri daim Venesuelanın işlərinə müdaxilə edir. Bundan başqa, ABŞ respublikamıza qarşı iqtisadi blokada tətbiq edir ki, bu, ölkə daxilində zəruri tələbat mallarının istehsalını  çətinləşdirir və Karakası həmin məhsulları daha baha qiymətə almağa vadar edir”.

Ötən il keçirilən seçkidə qalib gəlmiş Maduro yanvarın 10-da dövlət başçısı kimi səlahiyyətlərinin içrasına başlamışdır. ABŞ və Latın Amerikasının bəzi ölkələri seçkinin nəticələrini tanımadıqlarını bildirərək yeni seçki keçirilməsini təklif etmişlər. Bundan sonra parlamentin spikeri Xuan Quaydo prezidentin öz səlahiyyətlərini icra etmək iqtidarında olmadığı təqdirdə,  Konstitusiyanın 233, 333 və 350-ci maddələrinə uyğun olaraq dövlət başçısının səlahiyyətlərinin Milli Assambleyanın rəhbərinə verilməli olduğunu bildirmişdir.

ABŞ isə öz növbəsində bəyan etmişdir ki, Maduronu yox, Quaydonu dövlət başçısı hesab edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın mövqeyini tənqid edərək bildirmişdir ki, Venesuelanın daxili işlərinə qarışmaq yolverilməzdir. 

“Xalq qəzeti”

 

 

17 2019 15:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin