Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən ay Azərbaycana gəlmiş turistlərin sayı artıb

Ötən ay Azərbaycana gəlmiş turistlərin sayı artıb

2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1 faiz artıb.

Dövlət Turizm Agentliyindən aldığımız xəbərdə bildirilir ki, ötən il Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6 faiz artaraq 2,8 milyona çatıb.

Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn turistlər səyahətçi axınının üçdə ikisini təşkil edib. Gürcüstan, Yaxın Şərq və Asiyadan gələnlərin sayında  bir qədər artım olub.

Əcnəbi qonaqların sayında ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir: 35% və 55%. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.

“Xalq qəzeti”

 

 

 

 

 

17 2019 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin