Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həssas qrupların sosial müdafiəsi gücləndirilir

Həssas qrupların sosial müdafiəsi gücləndirilir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinə uyğun olaraq 2018-ci ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi  istiqamətində məqsədyönlü addımlar atılır.

Dövlət başçısının 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib.

Ünvanlı dövlət sosial yardım proqramının icrasında  ünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36854 ailə) azalaraq, 42683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 milyon manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 milyon manat vəsait xərclənib.

Dövlət başçısının 19 dekabr 2018-ci il tarixli sərəncamına əsasən isə 2018-ci il dekabrin 28-də ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

17 2019 14:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin