Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

RMDM-də unikal əməliyyat keçirilib

RMDM-də unikal əməliyyat keçirilib

Unikal böyrək köçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan tərəfindən həyata keçirilib.

Əməliyyatın mürəkkəbliyi resipiyentin artıq çəkidə və patoloji piylənməsinin mövcudluğu ilə bağlı olub. Bundan əlavə, resipiyent və donorda immunoloji uyğunluqda ciddi risklər qeydə alınıb.

Konsiliumdan sonra böyrəyin köçürülməsinə qərar verilib. Bütün anatomik çətinliklərə və immunoloji maneələrə baxmayaraq, əməliyyat uğurla həyata keçirilib.

Köçürülmüş böyrək hazırda normal işləyir, xəstənin və donorun vəziyyəti yaxşıdır.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

17 2019 14:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin