Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tütündən imtina et” mobil aplikasiyası təqdim olunub

“Tütündən imtina et” mobil aplikasiyası təqdim olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, tədbirin əsas məqsədi əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı çıxış edərək, tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğuladı.

Tədbirdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirməsi diqqətə çatdırılıb.

Sonra ÜST-ün ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil aplikasiyası barədə geniş məlumat verilib. Mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir.

Bildirildi ki, bu proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.

Hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada səmərəli fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 

17 2019 14:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə